ABA və BAFT arasında görüş keçirilib

ABA və BAFT arasında görüş keçirilib Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə BAFT-ın (Bankers Association for Finance and Trade) Prezidenti İcraçı direktoru Tod Barvel arasında görüş keçirilib.
Maliyyə
14 Mart , 2018 17:08
ABA və BAFT arasında görüş keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə BAFT-ın (Bankers Association for Finance and Trade) Prezidenti & İcraçı direktoru Tod Barvel arasında görüş keçirilib.

“Report” ABA-ya istinadən xəbər verir ki, görüşdə “Fintec” texnologiyaları, komplayns məsələləri üzrə birgə əməkdaşlıq imkanları, bu mövzularda birgə konfransların keçirilməsi, BAFT-a spikerlərin cəlb edilməsi məsələləri müzakirə olunub.

Xatırladaq ki, Amerika Banklar Assosiasiyası 1875-ci ildən fəaliyyət göstərir. Assosiasiyaya üzv banklar (əsasən kiçik, regional və böyük banklar) və maliyyə institutları özündə 17 trln. dollar aktiv, 9 trln. dollardan artıq kredit və 13 trln. dollarlıq depozit portfelini, 2 mln. nəfərdən artıq insanı birləşdirir. BAFT bu qurumun törəməsi olub beynəlxalq bankçılıq fəaliyyəti ilə məşğul olan maliyyə institutlarını özündə birləşdirir.

ABA isə 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi