ABA-nın prezidenti "Report" İnformasiya Agentliyində olub

ABA-nın prezidenti "Report" İnformasiya Agentliyində olub Zakir Nuriyev agentliyə geniş müsahibə verib
Maliyyə
22 Noyabr , 2016 14:04
ABA-nın prezidenti Report İnformasiya Agentliyində olub

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti və "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, eləcə də ABA-nın icraçı direktoru Yunus Abdulov "Report" İnformasiya Agentliyində olub. 

Qonaqlara agentliyin fəaliyyəti barədə məlumat verilib. Onlar müxtəlif şöbələrin işi ilə tanış edilib. Z.Nuriyev media qurumuna uğurlar arzu edib və bank sektorundakı vəziyyətin obyektiv işıqlandırılması baxımından "Report"un vacib rol oynadığını deyib.

Sonra ABA rəhbəri "Report"un iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb və agentliyə geniş müsahibə verib. Müsahibə zamanı Z.Nuriyev Azərbaycanın bank sektorundakı vəziyyət, vaxtı keçmiş kreditlərlə bağlı problemin həll edilməsi yolları, əmanət qəbulu və kreditləşmə ilə bağlı durum, kredit təşkilarının post-neft dövründəki fəaliyyəti, Azərbaycanda yaradılması gözlənilən ilk özəl kredit bürosunun perspektivi, bank qanunvericiliyinə dəyişikliklər və digər məqamlarla bağlı suallara ətraflı cavab verib.

Son xəbərlər

Orphus sistemi