ABA-nın nəzdində hərrac mərkəzi yaradılır

ABA-nın nəzdində hərrac mərkəzi yaradılır Yaxın vaxtlarda daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsinin qəbulu gözlənilir
Maliyyə
19 Aprel , 2017 17:12
ABA-nın nəzdində hərrac mərkəzi yaradılır
Report.az

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda kredit bürosunun yaradılmasının ardınca maliyyə bazarında bir sıra yeniliklər gözlənilir. “Report”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycanın ilk özəl kredit bürosunun təsis edilməsinə həsr olunmuş tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsinin qəbulu, məhkəmə qərarlarının qəbulu və icra sisteminin təkmilləşdirilməsi, eləcə də bir neçə gün bundan əvvəl ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilmiş qərara uyğun olaraq hərrac mərkəzinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi