ABA nəzdində növbəti ekspert qrupu yaradılıb

ABA nəzdində növbəti ekspert qrupu yaradılıb Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb.
Maliyyə
18 Yanvar , 2019 12:48
ABA nəzdində növbəti ekspert qrupu yaradılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb.

“Report”un ABA-ya istinadən verdiyi xəbərə görə, yeni ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Ekspert Qrupunda beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili, daxili audit işinə dair normativ aktların yenilənməsi / hazırlanması, auditorların peşəkarlıq dərəcələrinin artırılması məqsədilə təlim, konfrans, seminarların təşkili, daxili audit işi ilə bağlı təhlil və araşdırmaların aparılması, bank fəaliyyətini tənzimləyən hüquqi normativ bazanın yenilənməsi /mövcud problemlərin həlli, xarici təşkilatlarla işgüzar münasibətlərin qurulması işlərinin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, qrupa rəhbərlik “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Daxili Audit Departamentinin direktoru Elgün Qurbanova həvalə edilib.

Elgün Qurbanov müəyyən vaxtlarda “Bank of Baku” ASC-nin Daxili Audit Departamentinin direktoru, İdarə Heyətinin Sədrinin müşaviri, filial direktoru vəzifələrində çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə bakalavr və magistr üzrə təhsil alıb. 

Son xəbərlər

Orphus sistemi