ABA-da ABŞ səfirliyi ilə görüş keçirilib

ABA-da ABŞ səfirliyi ilə görüş keçirilib Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasında (ABA) ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Maliyyə
9 Oktyabr , 2018 15:53
ABA-da ABŞ səfirliyi ilə görüş keçirilib
Report
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasında (ABA) ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

"Report" ABA-ya istinadən xəbər verir ki, görüşdə qurumun prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov, ABŞ səfirliyinin İqtisadi şöbəsinin müdiri Castin Berq və iqtisadi məsələlər üzrə məsləhətçi Yusif Abbasov iştirak edib.

Tərəflər ümumi iqtisadi mənzərə, maliyyə, o cümlədən bank sektorunun indiki vəziyyəti, mövcud imkanlar və qarşıdakı çağırışlar, gələcək inkişaf perspektivləri, həyata keçirilən islahatlar barədə müzakirələr, Azərbaycan banklarının ABŞ bankları ilə müxbir əlaqələrinə və digər məsələlərə dair fikir mübadiləsi aparıb.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə banklar təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür. 

Son xəbərlər

Orphus sistemi