ABA “Cəmiyyətdə qadın menecerin rolu” mövzusunda tədbir keçirib

ABA “Cəmiyyətdə qadın menecerin rolu” mövzusunda tədbir keçirib Bakı. 8 mart. REPORT.AZ/ Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib. 
Maliyyə
8 Mart , 2018 13:10
ABA “Cəmiyyətdə qadın menecerin rolu” mövzusunda tədbir keçirib

Bakı. 8 mart. REPORT.AZ/ Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib. 

ABA-dan “Report”a verilən məlumata görə, tədbirin məqsədi cəmiyyətdə qadın menecmentinin rolunun qiymətləndirilməsi və daha da artırılması olub. 

Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Tədbiri ABA-nın prezidenti Zakir Nuriyev açaraq bank sektorunda qadınların rolundan və əhəmiyyətindən danışıb.

Daha sonra tədbirin spikerləri - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Cəmiyyətdə qadının rolu”, “Kapital Bank” ASC-nin İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova “Uğura aparan yol, bunun üçün kimə minnətdaram”, həkim-psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskaya “Həyat və iş balansı”, “100 Business Women” və “Red Communications” təşkilatlarının rəhbəri Tatyana Mikayılova “Qadın olaraq peşəkar inkişafımda hansı dəstəyə ehtiyacım var” mövzusunda  təqdimatla çıxış ediblər. Sonda isə “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin müavini Elşən Bədirxanov “Cəmiyyətdə qadın menecerin rolu” mövzusunda təqdimat keçirib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi