ABA bankların konsolidasiyası ilə bağlı addımını alqışlayır

ABA bankların konsolidasiyası ilə bağlı addımını alqışlayır Zakir Nuriyev: "Düşünürəm ki, biz daha yeni birləşmələrin şahidi olacağıq"
Maliyyə
19 Aprel , 2017 17:32
ABA bankların konsolidasiyası ilə bağlı addımını alqışlayır

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədəki kommersiya banklarının konsolidasiya ilə bağlı son qərarını alqışlayır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Atabank" və CDB banklarının birləşməsi ilə bağlı qərarını şərh edən ABA-nın sədri Zakir Nuriyev deyib.

Z.Nuriyevin sözlərinə görə, bu proses davam edə bilər: "Hazırda daha güclü bankların olması zəruridir və bu sahədə önəmli işlərdən biri bankların birləşə bilməsidir. Qeyd edilən iki bankın səhmdarları özündə güc tapıb bu addımı atıb. Düşünürəm ki, bu proses qarşıdakı dövrdə də davam edəcək və biz daha yeni birləşmələrin şahidi olacağıq".

Son xəbərlər

Orphus sistemi