ABA: "Azərbaycan banklarına qarşı təhkükəsizlik tələbləri sərtləşdirilib"

ABA: "Azərbaycan banklarına qarşı təhkükəsizlik tələbləri sərtləşdirilib" Bu aydan Azərbaycan Mərkəzi Bankı yerli banklara qarşı informasiya sistemləri ilə bağlı təhlükəsizlik tələblərini sərtləşdirib.
Maliyyə
29 Aprel , 2022 13:45
ABA: Azərbaycan banklarına qarşı təhkükəsizlik tələbləri sərtləşdirilib

Bu aydan Azərbaycan Mərkəzi Bankı yerli banklara qarşı informasiya sistemləri ilə bağlı təhlükəsizlik tələblərini sərtləşdirib.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Banklar Asossiyasiyası" (ABA) İctimai Birliyinin İnformasiya Təhlükəsizliyi Qrupunun rəhbəri İlqar Əliyev bildirib.

Onun sözlərinə görə, AMB-nin ötən ilin avqust ayında təsdiq etdiyi “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” aprelin 1-dən qüvvəyə minib: "Bu qayda bankların üzərinə çox ciddi tələblər qoyub. Onlar informasiya sistemlərinin təhlükəsizliyini müasir standartlara uyğun, yüksək şəkildə təmin etməlidirlər".

Son xəbərlər

Orphus sistemi