"A-Qroup Sığorta" səhmlərinin nominal dəyərini artırır

"A-Qroup Sığorta" səhmlərinin nominal dəyərini artırır Bu, şirkətə nizamnamə kapitalını artırmaq üçün lazımdır
Maliyyə
18 Fevral , 2017 11:43
A-Qroup Sığorta səhmlərinin nominal dəyərini artırır

Bakı. 18 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "A-Qroup Sığorta" ASC-nin səhm emissiyasını (AZ1008006053) dövlət qeydiyyatına alıb. 

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya şirkətin hər birinin nominal dəyəri 1291 manat olan 7750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını nəzərdə tutur. Səhmlər qapalı üsulla hər birinin nominal dəyəri 1 033 manat olan 7 775 ədəd adi sənədsiz adlı səhmə (qeydiyyat nömrəsi AZ1007006054) konvertasiya yolu ilə yerləşdiriləcək. Emissiya uğurlu olsa, "A-Qroup Sığorta"nın nizamnamə kapitalı 1 999 500 manat və yaxud 24,98% artaraq 10 005 250 manata çatacaq. 

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi