“A-Qroup Sığorta”nın aktivləri 18% azalıb

“A-Qroup Sığorta”nın aktivləri 18% azalıb Bakı. 15 mart. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 23,132 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə...
Maliyyə
15 Mart , 2017 09:34
“A-Qroup Sığorta”nın aktivləri 18% azalıb

Bakı. 15 mart. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 23,132 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,5% azdır.

“A-Qroup Sığorta”nın aktivlərinin 96,4%-ni və yaxud 22,308 mln. manatını qısamüddətli aktivlər təşkil edib. Bu, 1 il əvvələ nisbətən 17,9% azdır. Şirkətin uzunmüddətli aktivləri isə 6,1% azalaraq 825 min manat olub.

2016-cı ildə “A-Qroup Sığorta”nın cəmi öhdəlikləri cəmi 0,8% artaraq 11,31 mln. manat təşkil edib. Bunun isə 99,9%-i və yaxud 11,297 mln. manatı uzunmüddətli öhdəlikləri olub. Son bir ildə bu rəqəm 0,9% artıb. Şirkətin qısamüddətli öhdəlikləri isə təxminən 41% azalaraq 13 min manata düşüb.

Ötən il “A-Qroup Sığorta”nın cəmi kapitalı isə 29,7% azalaraq 11,823 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi gəlirləri 15,189 mln. manat (2015-ci illə müqayisədə 25,2% az), cəmi xərcləri 11,606 mln. manat (11% çox) təşkil edib. Son nəticədə onun maliyyə mənfəəti 3,584 mln. manat olub.

“A-Qroup Sığorta” 717 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 2,867 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 63,7% azdır.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi