"A-Group Sığorta"nın səhmdarlarının illik toplantısı keçiriləcək

"A-Group Sığorta"nın səhmdarlarının illik toplantısı keçiriləcək Yanvarın 22-də sığorta şirkətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək
Maliyyə
14 Yanvar , 2016 09:33
A-Group Sığortanın səhmdarlarının illik toplantısı keçiriləcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 22-də "A-Group Sığorta" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin illik, o cümlədən maliyyə hesabatları, büdcəsinin yerinə yetirilməsi və digər məsələlər daxildir. Ümumi yığıncaq Bakı şəhəri R.Behbudov küçəsi,87A ünvanında baş tutacaq.

"A-Group" sığorta şirkəti 1995-ci ildə yaradılıb. Şirkət tibbi sığorta, bədbəxt hadisələrdən fərdi sığorta, əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, xarici səfərlər zamanı sığorta, peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Fəaliyyətinin başlıca istiqamətini isə tibbi sığorta təşkil edir.

Son xəbərlər

Orphus sistemi