50 amerikalı ABŞ əhalisinin yarısından daha varlıdır

50 amerikalı ABŞ əhalisinin yarısından daha varlıdır Ən zəngin amerikalıların 1%-nin ümumi sərvəti 34,2 trilyon ABŞ dolları təşkil edir
Maliyyə
9 Oktyabr , 2020 18:16
50 amerikalı ABŞ əhalisinin yarısından daha varlıdır

ABŞ-ın 50 ən zəngin adamının sərvəti ölkənin bütün əhalisinin var-dövləti qədərdir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Ən zəngin amerikalıların 1%-nin ümumi sərvəti 34,2 trilyon ABŞ dolları təşkil edir. Eyni zamanda 165 milyon ABŞ sakininin var-dövləti cəmi 2,08 trilyon ABŞ dollarıdır.

Son bir ildə ən zəngin 50 amerikalı ümumilikdə 339 milyard ABŞ dolları həcmində varlanıb.

Qeyd olunur ki, koronavirus pandemiyası ABŞ vətəndaşları arasındakı bu bərabərsizliyi daha da artırıb.

Agentliyə açıqlama verən analitiklər əlavə edirlər ki, ölkə sakinlərinin böyük əksəriyyəti səhmlərin bahalaşmasından heç bir fayda görmürlər. O cümlədən 1981-1996-cı illər aralığında anadan olan amerikalılar ABŞ sərvətinin 4,6%-nə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi