2019-cu ildə sərvəti ən çox azalan biznesmenlərin adı açıqlanıb

2019-cu ildə sərvəti ən çox azalan biznesmenlərin adı açıqlanıb Amerikanın maliyyə və biznes xəbərləri saytı “Business Insider”a görə, 2019-cu ildə sərvəti ən çox azalan biznesmeni “Wall Street Journal”ın sahibi Rupert Merdok olub.
Maliyyə
3 Yanvar , 2020 14:58
2019-cu ildə sərvəti ən çox azalan biznesmenlərin adı açıqlanıb

Amerikanın maliyyə və biznes xəbərləri saytı “Business Insider”a görə, 2019-cu ildə sərvəti ən çox azalan biznesmeni “Wall Street Journal”ın sahibi Rupert Merdok olub.

“Report” xəbər verir ki, onun sərvəti keçən il 10,2 mlrd dollar və ya 56,7% azalaraq 7,8 mlrd dollarа enib.

R.Merdokun gəlirlərinin bu qədər azalmasına səbəb kimi “Fox”un “Disney”ə satışından əldə etdiyi gəliri 6 övladı arasında bölməsi göstərilir.

Qeyd edək ki, Merdokdan sonra gəliri ən çox azalan şəxs isə “Amazon” şirkətinin rəhbəri və şəriki Ceff Bezos olub. Keçən il boşanma səbəbi ilə əlaqədar Bezos həyat yoldaşına 35 mlrd dollar təzminat ödəyib.

Son xəbərlər

Orphus sistemi