Bakı. 21 fevral. REPORT.AZ/ 2019-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub.
"Report" Naxçıvan Muxtar Respublikası
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 91 milyon 782 min manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 661 min manat vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitin 33 milyon 718 min manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.