“Bank Respublika”nın 2018-ci ildə xalis faiz mənfəəti 25 milyon manat olub

“Bank Respublika”nın 2018-ci ildə xalis faiz mənfəəti 25 milyon manat olub Bakı. 28 yanvar. REPORT.AZ/ Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.
Maliyyə
28 Yanvar , 2019 17:05
“Bank Respublika”nın 2018-ci ildə xalis faiz mənfəəti 25 milyon manat olub

Bakı. 28 yanvar. REPORT.AZ/ Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Hesabata əsasən, bank ötən il pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla əla əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Bankın kapitalında 30% artım, aktivlərində 40% artım, kredit və depozit portfelind əisə 50% artım qeydə alınmışdır, qeyri-işlək kreditlərinin payı isə 2 dəfə azalaraq, 5%-dən aşağı düşüb.

Nəticədə bankın xalis faiz mənfəəti 3 dəfə artaraq 25 milyon manat təşkil edib, bankın xalis əməliyyat mənfəəti isə 85% artaraq 9 milyon manatı keçib.

“2018-ci il bank üçün çox uğurlu olub, bunu biznesin bütün sahələri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bu il biz kredit portfelinin sağlamlaşdırılması üzrə işləri və bankın yeni biznes strategiyasına uyğun olaraq struktur dəyişikliklərini yekunlaşdırdıq. Bu nəticənin əldə olunmasında bizimlə əməkdaşlıq edən və öz töhfəsini verən bütün müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik! Ötən il əldə etdiyimiz uğurlar bizə gələcəyə inamla baxmağa və 2019-cu il üçün daha iddialı planlar qurmağa imkan verir”, - “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi