Bir milyondan çox insan “BirBank” istifadəçisidir

Bir milyondan çox insan “BirBank” istifadəçisidir Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 1 milyon nəfərdən artıq istifadəçi, “BirBank” tətbiqini “App Store” və “Play Store”dan yükləyib. Hazırda “BirBank” ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. “iOS” və “Android” əməliyyat sistemləri “BirBank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Maliyyə
112
4 Fevral , 2020 13:05
Bir milyondan çox insan “BirBank” istifadəçisidir

Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 1 milyon nəfərdən artıq istifadəçi, “BirBank” tətbiqini “App Store” və “Play Store”dan yükləyib. Hazırda “BirBank” ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. “iOS” və “Android” əməliyyat sistemləri “BirBank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

“Android” istifadəçiləri “BirBank” mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün “Kapital Bank”ın hər hansı bir “Visa” kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər. Mobil tətbiq vasitəsilə təqdim olunan yeniliklər sırasında həmçinin digital kart funksiyasını da qeyd etmək olar. Bu funksiya vasitəsilə istənilən BirBank istifadəçisi özünə kart yaradıb, istənilən internet və ya NFC ödənişlərini həyata keçirə bilər.

Digər yenilik “BirKart” sahiblərinə aiddir. Artıq “BirKart” istifadəçiləri “BirBank” mobil əlavəsində yaradılmış şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər.

Bütün bunlarla yanaşı “BirBank” tətbiqində bankomatdan QR kod vasitəsilə nağdılaşma, hətta istifadəçiyə ən yaxın olan “Kapital Bank” bankomatının yerini də təyin etmək olar. Həmçinin yeni xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız “Kapital Bank”ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Son xəbərlər

Orphus sistemi