Rusiya klubunun voleybolçuları Türkiyədə qəzaya uğrayıblar

Rusiya klubunun voleybolçuları Türkiyədə qəzaya uğrayıblar Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Zenit klubunun kişi voleybolçulardan ibarət komandasının avtobusu Türkiyədə qəzaya uğrayıb.
Komanda
15 Yanvar , 2019 14:23
Rusiya klubunun voleybolçuları Türkiyədə qəzaya uğrayıblar

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın "Zenit" klubunun kişi voleybolçulardan ibarət komandasının avtobusu Türkiyədə qəzaya uğrayıb.

"Report" "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, hadisə paytaxt Ankarada baş verib. Komandanın voleybolçularının yer aldığı avtobus başqa bir avtomobillə toqquşub. Avtobus daha sonra polis maşını və digər iki avtomobilə də ziyan vurub.

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Uzun müddət qəza yerində qalan "Zenit"in oyunçuları otelə piyada gediblər. Xəstəxanaya yerləşdirilənlərdən Mert K. adlı şəxs xəstəxanadan qaçıb.

Polis hadisə ilə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi