Yuxarı

Yunanıstanda basketbol matçı bomba həyəcanı üzündən təxirə salınıb

Yunanıstanın Panatinaikos və İspaniyanın Barselona komandaları arasındakı matç yarımçıq qalıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Basketbol üzrə Avropa Liqasında Yunanıstanın "Panatinaikos" və İspaniyanın "Barselona" komandaları arasında keçirilən matç bomba həyəcanı üzündən təxirə salınıb. "Report"un məlumatına görə, xəbər Afinadakı "Olimpik" İdman Kompleksində oynanılan qarşılaşma zamanı yayılıb. 

Nəticədə matç yarımçıq qalıb. Yetkili şəxslər isə təhlükəsizliyi qorumaq üçün salonun boşaldılmasını istəyiblər. Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi