Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I və IV turdan təxirə salınmış oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
"Report"un məlumatına görə, qarşılaşmalar fevralın 14-də “Murov” voleybol klubunun idman zalında baş tutacaq.
Günə saat 15:00–da IV turun "Sərhədçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da isə l turun "Murov” – “Ekspress” matçı başlayacaq.
Bu görüşlərdən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının I dövrə oyunları yekunlaşacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.