Yüksək Liqa: "Neftçi" və "Murov" növbəti qələbələrini qazanıb

Yüksək Liqa: "Neftçi" və "Murov" növbəti qələbələrini qazanıb Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.
Komanda
15 Mart , 2022 19:11
Yüksək Liqa: Neftçi və Murov növbəti qələbələrini qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.

"Report"un məlumatına görə, XI turun hər iki oyunu eyni gündə baş tutub.

“Murov” klubunun idman zalında gerçəkləşən görüşlərdə "Neftçi" "Ekspress"ə 3:0 (13:25, 7:25, 13:25), "Murov" isə "Sərhədçi"yə 3:1 (25:11, 23:25, 25:13, 25:15) hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra xallarını 23-ə çatdıran "Murov" liderliyini davam etdirir. 22 xalı olan "Neftçi" ikincidir. MOİK 15 xalla üçüncü, "Ekspress" 6 xalla dördüncüdür. Xalı olmayan "Sərhədçi" isə sonuncu sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi