Yüksək Liqa: "Neftçi" uduzub, MOİK liderliyə yüksəlib

Yüksək Liqa: "Neftçi" uduzub, MOİK liderliyə yüksəlib Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəya start verilib.
Komanda
17 fevral 2022 15:18
Yüksək Liqa: Neftçi uduzub, MOİK liderliyə yüksəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.

"Report"un məlumatına görə, dövrənin ilk turu “Neftçi” - “Murov” oyunu ilə başlayıb. “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan matçda qonaqlar əzmkar qələbə qazanıblar - 3:2 (25:23,29:27, 15:25, 23:25, 10:15).

Ardınca eyni arenada MOİK və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:1 (25:21, 23:25, 25:12, 25:18) hesabı ilə məğlub edən ordu klubu 12 xalla liderliyə yüksəlib.

11 xalı olan "Murov" ikinci, 10 xalı olan "Neftçi" üçüncüdür. "Express" 3 xalla 4-cü sırada qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə sonuncudur.

Son xəbərlər

Orphus sistemi