Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin növbəti turun oyunları keçirilib.
"Report"un məlumatına görə, IX tura təsadüf edən hər iki matçda meydan sahibləri qalib gəlib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılan görüşlərdə "Murov" MOİK-i, "Ekspress" isə "Sərhədçi"ni darmadağın edib - 3:0.
Bu nəticələrdən sonra xallarını 17-yə çatdıran "Murov" liderliyini qoruyub. 16 xalı olan "Neftçi" ikinci, 15 xalı olan MOİK üçüncüdür. "Ekspress" 6 xalla 4-cü sırada qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə sonuncudur.