Yuxarı

Yeniyetmələr arasında ilk Xəzər basketbol liqası turniri Həştərxanda keçiriləcək

Turnirə Azərbaycan, Qazaxıstan, İran, Türkmənistandan səkkiz komanda qatılacaq

Bakı. 8 fevral. REPORT.AZ/ 1998-2000-ci il doğumlu yeniyetmələr arasında ilk Xəzər basketbol liqası turniri fevralın 17-dən 22-dək Həştərxanda keçiriləcək. "Report" Həştərxan vilayətinin İdman Nazirliyinə istinadən xəbər verir ki, yarış iki mərhələdə keçiriləcək.

Turnirə Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və başqa ölkələrdən səkkiz komanda qatılacaq.

"Birinci mərhələdə komandalar dairəvi sistemlə 4 tur oynayacaq. Bununla onlar 1-8-ci yerlərin sahiblərini müəyyənləşdirəcək. Sonra komandalar yarışın final mərhələsində olimpiya sistemi ilə yarışacaq (1-ci yerin sahibi 8-ci yerin sahibiylə, 2-7, 3-6, 4-5) və qalibin adına aydınlıq gələcək. Final turniri 2016-cı ilin oktyabrında Aşqabadda keçiriləcək", - deyə nazirlikdən bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi