“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalı keçirilib

“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalı keçirilib Festivalın başlıca məqsədi – sağlam həyat tərzini təbliğ etməkdir
Komanda
23 İyul , 2017 17:52
“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalı keçirilib

Bakı. 23 iyul. REPORT.AZ/ Bayıl Bulvarı-Su İdman Sarayının yaxınlığında açıq havada irimiqyaslı yoqa festivalı günü keçirilib.

"Report" xəbər verir ki, tədbir YARAT Müasir İncəsənət Məkanı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə birgə "YARAT Freestyle" proqramı çərçivəsində təşkil olunub.

Festivalın başlıca məqsədi – sağlam həyat tərzini təbliğ etməkdir.

Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başladı. Gün ərzində yoqasevərlər bir çox müxtəlif tədbirlərdə iştirak etdilər.

Festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" Hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır.

Tədbir zamanı Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, FLY yoqa tədbirləri keçirilmişdir.

Tədbir saat 18:00-da yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi