Xokkey üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Xokkey üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib Buzüstü xokkey üzrə dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.
Komanda
26 May , 2022 23:59
Xokkey üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Finlandiyada keçirilən buzüstü xokkey üzrə dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, finala vəsiqə uğrunda ev sahibləri ilə yanaşı, Kanada, Çexiya və ABŞ yığmaları mübarizə aparacaqlar.

1/4 finalda Kanada İsveçi 4:3, Çexiya Almaniyanı 4:1, ABŞ İsveçrəni 3:0, Finlandiya isə Slovakiyanı 4:2 hesabı ilə məğlub edib.

Yarımfinalda Finlandiya millisi ABŞ-la, Kanada seçməsi isə Çexiya ilə qarşılaşacaq. Bu raundun qarşılaşmaları mayın 28-də gerçəkləşəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda görüş mayın 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi