Xokkey üzrə dünya çempionatı ləğv olundu

Xokkey üzrə dünya çempionatı ləğv olundu Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.
Komanda
21 Mart , 2020 19:11
Xokkey üzrə dünya çempionatı ləğv olundu

Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub. 

"Report"un məlumatına görə, bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi. 

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb. 

COVID-19 2019-cu ilin sonlarında Çinin Uрan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan edib. Son məlumatlara əsasən, koronavirusla əlaqədar 10 mindən çox insan dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi