Xokkey matçında baş hakimin 7 dişi qırıldı

Xokkey matçında baş hakimin 7 dişi qırıldı Oyunun hakimi Yukka-Pekka Koystinen kuryoz hadisə nəticəsində xəsarət alıb
Komanda
160
5 Aprel , 2021 17:15
Xokkey matçında baş hakimin 7 dişi qırıldı

Buzüstü xokkey üzrə Finlandiya çempionatının HPK - "Yukurit" matçında (3:1) xoşagəlməz hadisə baş verib.

"Report"un məlumatına görə, oyunun hakimi Yukka-Pekka Koystinen kuryoz hadisə nəticəsində xəsarət alıb.

Qonaq komandanın qolkiperi Sami Rayaniyeminin "seyv"indən sonra şayba referinin sifətinə dəyib. Nəticədə onun 7 dişi qırılıb. Oyunu davam etdirə bilməyən hakim meydanı tərk edib.

Hadisə ilə bağlı "Iltalehti" nəşrinə danışan Koystinen həmin anı bu cür xatırlayıb: "Əvvəlcə gözlərim qaraldı, sanki işıqlar söndü. Yerə yıxılsam da, huşum dərhal qayıtdı. Buzun üzərində olanda mənə elə gəldi ki, sanki bütün dişlərim ağzımdan çıxdı. Stomotoloqun sözlərinə görə, 4 dişim tam olaraq düşüb. Daha 3 dişim isə qismən zədələnib. Bundan başqa, deyəsən, üst çənəm sınıb və beyin sarsıntısı keçirmişəm".

Qeyd edək ki, 38 yaşlı Yukka-Pekka Koystinen keçmiş xokkeyçisidir. Oyunçu karyerası ərzində onun cəmi bir dişi sınıb.

Son xəbərlər

Orphus sistemi