Milli Hokkey Liqasının oyununda dava düşüb - VİDEO

Milli Hokkey Liqasının oyununda dava düşüb - VİDEO Bakı. 31 yanvar. REPORT.AZ/ Amerika Milli Hokkey Liqasında (NHL) keçirilmiş Pittsburq Pinqvins - Tampa-Bey Laytninq matçında qalmaqal baş verib.
Komanda
31 Yanvar , 2019 14:07
Milli Hokkey Liqasının oyununda dava düşüb - VİDEO

Bakı. 31 yanvar. REPORT.AZ/ Amerika Milli Hokkey Liqasında (NHL) keçirilmiş "Pittsburq Pinqvins" - "Tampa-Bey Laytninq" matçında qalmaqal baş verib. 

"Report" xəbər verir ki, oyunun üçüncü dövrəsində oyunçular arasında dava düşüb. "Pittsburq Pinqvins"in rusiyalı legioneri Yevgeni Malkin rəqib komandanın kapitanı Stiven Stemkosu hokkey çubuğu ilə vurub. 

Qarşı tərəf isə ona eyni cavabı verib və nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Rusiyalı idmançı kanadalı həmkarını buzun üstünə yıxıb. Onları tezliklə ayırmaq mümkün olub. 

Qeyd edək ki, qarşılaşma "Pittsburq Pinqvins"in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi