​Xəsarət alan voleybolçu yarım saat təcili tibbi yardım gözləyib

​Xəsarət alan voleybolçu yarım saat təcili tibbi yardım gözləyib İdmançı 2 saatdan sonra qaldığı hotelə buraxılıb
Komanda
28 Aprel , 2015 11:43
​Xəsarət alan voleybolçu yarım saat təcili tibbi yardım gözləyib

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin voleybol üzrə 1-ci liqasında "Bursa BŞB" və "Nilufər Bələdiyyəsi" komandaları arasında baş tutmuş oyun zamanı xəsarət alan voleybolçu yarım saat təcili tibbi yardım gözləməli olub. "Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, 3 gündür yarış salonuna təcili yardım maşını gəlmədiyindən, ətrafdakılar telefonla kömək istəməyə məcbur olublar.

Üzünə təpik dəyən bolqarıstanlı oyunçu Rusevaya ilk olaraq beyin silkələnməsi diaqnozu qoyulub. Yarım saatdan sonra təcili yardım maşını ilə xəstəxanaya aparılan voleybolçu qadın 2 saatdan sonra qaldığı hotelə göndərilib.

Xəsarət alan voleybolçunun bu müddət ərzində yerdə qalması ətrafdakıların sərt etirazına səbəb olub.

Son xəbərlər

Orphus sistemi