Xarici azarkeşlər “Pekin-2022” Qış Olimpiya Oyunlarına buraxılmayacaq

Xarici azarkeşlər “Pekin-2022” Qış Olimpiya Oyunlarına buraxılmayacaq Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlər yalnız Çin sakinləri üçün əlçatan olacaq.
Komanda
30 Sentyabr , 2021 00:19
Xarici azarkeşlər “Pekin-2022” Qış Olimpiya Oyunlarına buraxılmayacaq

Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlər yalnız Çin sakinləri üçün əlçatan olacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bilet almaq istəyənlər daha sonra formalaşdırılacaq koronavirus əleyhinə protokolların tələblərinə riayət etməlidirlər.

Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.

Qeyd edək ki, bu il təşkil edilmiş Tokio Yay Olimpiya Oyunlarında azarkeşlərin iştirakına icazə verilməyib.

Son xəbərlər

Orphus sistemi