“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb

“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.
Komanda
24 Sentyabr , 2021 23:18
“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

"Report" xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi