Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb Yığmamız Avropa Liqasının qalibi olub
Komanda
3 İyul , 2016 19:43
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb

Bakı. 3 iyul. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb. "Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu yığma Avropa Liqasının qalibi olub.

Azərbaycan millisi finalda Slovakiyaya səfərdə 1:3 hesabı ilə qalib gəldikdən sonra evdə heç bir şans verməyib - 3:0. Rəqib yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib. 

Azərbaycan millis bu qələbə sayəsində i 2017-ci il Dünya Qran Prisinə vəsiqə qazanıb.

Avropa Liqası

Final, cavab görüşü

18:00. Azərbaycan - Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)

Hakimlər: Corco Qnani (İtaliya), Elena Geldof (Hollandiya)

Bakı, İdman Oyunları Sarayı

İlk oyun - 3:1.

Son xəbərlər

Orphus sistemi