Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib Göygöl Olimpiya Kompleksində D qrupunun II tur qarşılaşmaları oynanılıb
Komanda
23 Sentyabr , 2017 23:45
Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib.

"Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan və Almaniya milli komandaları istirahət ediblər. Əvəzində bu qrupda II turun Polşa - Macarıstan görüşü baş tutub.

Milli Gimnastika Arenasında oynanılmış qarşılaşma Polşanın qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da xallarını 5-ə çatdıran Polşa qrupda liderliyi ələ alıb. Ardıcıl ikinci görüşündən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Bu arenada ilk görüş C qrupunda Bolqarıstan və Ukrayna milliləri arasında olub. Ukrayna ilk turdakı kimi, yenə 2:3 hesabı ilə uduzub. Bununla da Bolqarıstan 2 xal əldə edib. Ukrayna isə hər iki oyunda minimal fərqlə yenildiyi üçün aktivindəki xalları 2-yə çatdırıb. Günün son oyununda isə Türkiyə və Rusiya milliləri üz-üzə gəlib. "Ay-ulduzlular" çempionatdakı ilk oyununda 1:3 hesabı ilə uduzublar. Üçüncü set gərginliyi ilə diqqət çəkib. Türkiyə millisinin baş məşqçisi Covanni Qidetti hakimin qərarına sərt etiraz etdiyi üçün qırmızı vərəqə alaraq, seti kənardan izləməli olub. Bu da komandanın çıxışına təsirsiz ötüşməyib. Rusiya millisi "ay-ulduzlular"ın psixoloji gərginliyindən yararlanmağı bacarıb.

Göygöl Olimpiya Kompleksində D qrupunun II tur qarşılaşmaları oynanılıb. Çexiya Belçikanı 3:1, Serbiya Hollandiyanı 3:0 hesabı ilə yenib.

Nəhayət, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan B qrupunda da II turun oyunları keçirilib. Gürcüstan Xorvatiyaya, Belarus İtaliyaya 1:3 hesabı ilə uduzub.

Avropa çempionatı, II tur

23 sentyabr

A qrupu

18:00. Polşa - Macarıstan - 3:1 (25:22, 19:25, 25:17, 25:18)

Milli Gimnastika Arenası

Xal durumu: Polşa - 5, Azərbaycan - 3, Almaniya - 1, Macarıstan - 0.

B qrupu

17:00. Gürcüstan - Xorvatiya - 1:3 (12:25, 13:25, 25:23, 23:25)

20:00. İtaliya - Belarus - 3:1 (27:25, 25:18, 18:25, 25:21)

Tbilisi, Yeni İdman Sarayı

Xal durumu: İtaliya - 6, Xorvatiya - 4, Belarus - 2, Gürcüstan - 0.

C qrupu

15:30. Bolqarıstan - Ukrayna - 3:2 (25:23, 21:25, 23:25, 25:11, 15:4)

20:30. Türkiyə - Rusiya - 1:3 (23:25, 25:20, 23:25, 25:20)

Milli Gimnastika Arenası

Xal durumu: Rusiya - 5, Bolqarıstan - 2, Ukrayna - 2, Türkiyə - 0

D qrupu

17:00. Çexiya - Belçika - 3:1 (19:25, 25:23, 28:26, 25:19)

20:00. Serbiya - Hollandiya - 3:0 (29:27, 25:17, 25:23)

Göygöl Olimpiya Kompleksi

Xal durumu: Serbiya - 6, Hollandiya - 3, Çexiya - 3, Belçika - 0.

Son xəbərlər

Orphus sistemi