Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması "İslamiada"ya hazırlığı davam etdirir - FOTO

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması "İslamiada"ya hazırlığı davam etdirir - FOTO Faiq Qarayevin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə 12 voleybolçu qatılıb
Komanda
167
11 Aprel , 2017 22:08
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması İslamiadaya hazırlığı davam etdirir - FOTO

Bakı. 11 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası növbəti məşqini keçirib.

“Report”un məlumatına görə, “Azərreyl” Voleybol Bazasında Faiq Qarayevin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə 12 voleybolçu qatılıb.

Hazırda yığmadan kənar qalan 4 voleybolçu var: Legioner həyatı yaşayan Ksenya Poznyak (“Beşiktaş”, Türkiyə), Yana Kulan (“Çanakkale Belediyyespor”, Türkiyə), Odina Bayramova (“Fierense”, İtaliya) və Polina Rəhimova (“Toyota”, Yaponiya).

Onlardan ilk üçü aprelin sonunda, P.Rəhimova isə mayın əvvəlində komandaya qoşulacaq.

Yığma hazırlığın ikinci mərhələsini aprelin 15-dən mayın 2-dək Sloveniyanın Maribor şəhərində keçirəcək.

Məşqdən öncə komanda üzvlər bu gün millinin 24 yaşı tamam olan voleybolçusu Ayşən Əbdüləzimovanı təbrik edib, ona gül çələngi bağışlayıblar.

Son xəbərlər

Orphus sistemi