Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın açılış mərasimi keçirilib

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın açılış mərasimi keçirilib Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın açılış mərasimi keçirilib.
Komanda
14 Dekabr , 2019 16:20
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın açılış mərasimi keçirilib

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlət səviyyəsində idmana və idmançılara göstərilən qayğıdan danışıb. 

O, çempionatda yeni komandaların və gənc voleybolçuların iştirak etməsini sevindirici hal kimi dəyərləndirib. C.Qurbanov bütün valideynlərə üzünü tutaraq, övladlarını idmana, o cümlədən voleybola yönləndirməyə çağırıb. Hədəflərinin Avropa miqyasında uğurlar əldə etməkdən ibarət olduğunu deyən federasiya prezidenti bunun üçün peşəkar rəhbər komandanın formalaşdırıldığını vurğulayıb. Azarkeşlərə də müraciət edən qurum rəhbəri hər oyunda uduşların keçiriləcəyini diqqətə çatdırıb. 

Sonda o, hamını Azərbaycan çempionatının başlaması münasibətilə təbrik edib.

Daha sonra Azərbaycan himni səsləndirilib və çempionat rəsmən açıq elan olunub.

Son xəbərlər

Orphus sistemi