Azərbaycan milli komandası İslamiadaya hazırlıqlarını Sloveniyada davam etdirəcək

Azərbaycan milli komandası İslamiadaya hazırlıqlarını Sloveniyada davam etdirəcək Yığma Maribor şəhərində 6 yoxlama oyunu keçirməyi planlaşdırır
Komanda
27 Aprel , 2017 12:03
Azərbaycan milli komandası İslamiadaya hazırlıqlarını Sloveniyada davam etdirəcək

Bakı. 27 aprel. REPORT.AZ/ Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarını Sloveniyada davam etdirəcək. Bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Aprelin 17-dən İsraildə təlim-məşq toplanışında olan yığma üzvləri hazırlığın ikinci mərhələsini Maribor şəhərində keçirəcək. Orada 6 yoxlama görüşü keçirməyi planlaşdıran Fərid Calalovun rəhbərlik etdiyi kollektiv mayın 6-da Bakıya dönəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası İsraildəki toplanış dönəmində 3 yoxlama matçında qüvvəsini sınayıb. Yığma İsrailin 23 yaşadək voleybolçulardan ibarət komandasını, “İlabur” klubunu və “Yehuda”nı məğlub edib.

Son xəbərlər

Orphus sistemi