Yuxarı

Voleybol üzrə Azərbaycan yığması Yunanıstanla qarşılaşacaq

Komandalar Voleybol Mərkəzində üz-üzə gələcək

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət yığması Avropa Liqasının yarımfinalında bu gün Yunanıstanla qarşılaşacaq.

"Report"un məlumatına görə, görüş Voleybol Mərkəzində baş tutacaq.

Oyunun hakimləri serbiyalı Nenad Davidoviçlə italiyalı İlaria Vaqni olacaq. Mübarizə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, cavab görüşü iyunun 26-da eyni məkanda və eyni saatda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi