Voleybol üzrə Azərbaycan çempionatlarının açılış mərasimi olub

Voleybol üzrə Azərbaycan çempionatlarının açılış mərasimi olub Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünün açılış mərasimi keçirilib.
Komanda
140
17 Dekabr , 2021 15:31
Voleybol üzrə Azərbaycan çempionatlarının açılış mərasimi olub

Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünün açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Murov” komandasının Biləcəridəki zalında təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, qurumun vitse-prezidenti Faiq Qarayev və digər rəsmilər iştirak ediblər. Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan C.Qurbanov iştirakçıları salamlayaraq komandalara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Faiq Qarayev ölkədə voleybolun sevildiyini, lakin son 2 ildə pandemiyanın bu idman növünə mənfi təsir etdiyini döyləyib. O, voleybol yarışlarının yenidən bərpa olunmasını bayram adlandırıb.

Qeyd edək ki, qadınlar arasında Super Liqada “Murov”, “Abşeron”, “Azərreyl”lə və UNEC, kişilər arasında Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” mübarizə aparacaq.

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Son xəbərlər

Orphus sistemi