Voleybol üzrə Avropa çempionatında Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Voleybol üzrə Avropa çempionatında Azərbaycan millisinin rəqibləri müəyyənləşib Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Komanda
367
23 Yanvar , 2019 15:44
Voleybol üzrə Avropa çempionatında Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub. Püşkə əsasən, yığma Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya kollektivləri ilə birgə C qrupunda yer alıb.

Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan

B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya

C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya

D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə

Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi