Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub

Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.
Komanda
16 fevral 2022 07:33
Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub

Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, fevralın 17-də kişi voleybolçular arasında Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da “Neftçi” - “Murov” görüşü ilə start götürəcək.

Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” komandalarının oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Fevralın 18-də qadın voleybolçular arasında Superliqada III dövrəyə start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında olacaq. Daha sonra “Abşeron” - UNEC dueli gerçəkləşəcək.

Qeyd edək ki, Yüksək Liqasda I dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq “Murov”, “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress” , sonuncu yeri isə “Sərhədçi” tutur.

Superliqada isə II dövrədən sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında 4 xal var.

Qeyd edək ki, oyunlar pandemiyaya görə azarkeşsiz keçirilir.

Son xəbərlər

Orphus sistemi