Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının "Azəryol" voleybol klubunda yeni məşqçi rəsmən fəaliyyətə başlayıb. Klubdan "Report"a verilən məlumata görə, bu, ABŞ vətəndaşı Ceremi Estesdir.
Estes rusiyalı 4 qat Avropa çempionu və olimpiya mükafatçısı Yevgeniya Artamonovanın əridir. O, əvvəllər "Uraloçka" komandasında baş məşqçi Nikolay Karpolun köməkçisi kimi çalışıb. Ceremi və Yevgeniya cütlüyünün bu yaxınlarda yeni övladı dünyaya gəlib.
Amerikalı məşqçinin "Azəryol"a təyinatı bir müddət öncə gerçəkləşsə də, Bakıya gəlişi onun ABŞ-da universitet liqasında məşqçi kimi oyunları ilə əlaqədar olub.
Qeyd edək ki, Ceremi Estes "Azəryol"da baş məşqçi Aleksandr Çervyakova kömək edəcək. O, hazırda analıq məzuniyyətində olan Yevgeniya Artamonovanı (Estes) isə 2015-ci ilin yanvarında Bakıya gətirəcək.