UEFA "Seltik" klubunu cəzalandırıb

UEFA "Seltik" klubunu cəzalandırıb Şotlandiya təmsilçisi 19 min avro cərimə ödəyəcək
Komanda
24 Fevral , 2017 15:53
UEFA Seltik klubunu cəzalandırıb

Bakı. 24 fevral. REPORT.AZ/ UEFA Şotlandiyanın "Seltik" klubunu 19 min avro cərimələyib. "Report"un məlumatına görə, buna İngiltərənin "Mançester Siti" komandası ilə Çempionlar Liqasının (ÇL) oyunu zamanı qlazqolu fanatların meydana kənar əşya və fişənglər atması səbəb olub.

Bununla da, "Seltik"n cari mövsümdə ikinci dəfə sanksiya ilə üzləşib. Qlazqo təmsilçisi ötən ilin sentyabrında ÇL-in təsnifat mərhəsində İsrailin "Hapoel" (Beer Şeva) klubu ilə görüşdə şotlandiyalı azarkeşlər Fələstin bayrağı açdığı üçün 10 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, ÇL-də C qrupunda yer alan "Seltik" 6 oyundan 3 xal toplayaraq, sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi