Üç futzalçı Azərbaycan millisinə dünya çempionatının əsas seçmə mərhələsində kömək edə bilməyəcək

Üç futzalçı Azərbaycan millisinə dünya çempionatının əsas seçmə mərhələsində kömək edə bilməyəcək Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisinin bu gün açıq məşqi olub.
Komanda
17 Oktyabr , 2019 11:57
Üç futzalçı Azərbaycan millisinə dünya çempionatının əsas seçmə mərhələsində kömək edə bilməyəcək

Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisinin bu gün açıq məşqi olub.

“Report”un məlumatına görə, hazırlıq prosesinə milliyə dəvət alan 20 futzalçından 13-ü qatılıb. Bunlar Rövşən Hüseyinli, Kamran Hacıyev, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çövdarov, Hadi Ahmadi, Vahid Şafiei, Amir Şojaei, Elnur Zamanov, Teles Martins Tyago, Melo Borqes Eduardo və Oliveira Do Naşimento Villiamsdır.

Oktay Rüstəmli, Faiq Əliyev, Nihad İsmayılov, Everton Kardoso Qalo və Karvalyo Viela dos Santos zədəli olduqları üçün hazırlıq prosesindən kənar qalıblar. Onlardan ilk 3-ü zədələrinin ciddi olması səbəbindən qarşıdakı matçlarda komandaya köməklik edə bilməyəcək. Digər 2-nin durumuna isə yaxın günlərdə aydınlıq gələcək.

İsaq Surqali oktybarın 20-də, Vitali Borisov isə yaxın günlərdə kollektivə qoşulacaq.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Qrupda ilk 2 yeri tutacaq komandalar elit-raunda vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi