Yuxarı

Türkiyə yığmasının baş məşqçisi istefa verib

Ergin Ataman karyerasını Qalatasarayda davam etdirəcək

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin kişilərdən ibarət basketbol yığmasında baş məşqçi istefası gerçəkləşib. 

"Report"un məlumatına görə, "Qalatasaray"ın da baş məşqçisi olan Ergin Ataman yığmadakı vəzifəsindən ayrılıb.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə Basketbol Federasiyasının prezidenti Harun Erdenay "NTV Spor" kanalına açıqlamasında yeni baş məşqçi axtarışlarına başladıqlarını bildirib: "Ergin Ataman "Qalatasaray"dakı hədəflərindən ötrü yığma komandadan getdi və yoluna klubda davam edəcək. Onunla 3 illik müqavilə imzalamışdıq və bu gün həmin müddət başa çatdı. Ondan mövsüm sonunadək qərar verərək, bizə bildirməsini istədik. Ancaq baş məşqçi yoluna "Qalatasaray"da davam etmək istədi".

Qeyd edək ki, Engin Ataman 2014-cü ildən Türkiyə yığmasında çalışır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi