Türkiyə voleybol millisi Tokio olimpiadasına vəsiqə qazanıb

Türkiyə voleybol millisi Tokio olimpiadasına vəsiqə qazanıb 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli voleybolçu qadınlar arasında Avropa Təsnifat Turnirinin qalibi müəyyənləşib.
Komanda
148
12 Yanvar , 2020 23:12
Türkiyə voleybol millisi Tokio olimpiadasına vəsiqə qazanıb

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli voleybolçu qadınlar arasında Avropa Təsnifat Turnirinin qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, Niderlandınn Apeldorn şəhərində keçirilmiş yarışın finalında Türkiyə və Almaniya milliləri üz-üzə gəlib. Görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:19, 25:22). Bununla da Türkiyə millisi olimpiadaya lisenziya qazanıb.

Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan yığması da çıxış edib. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv qrupdakı hər 3 oyunundan məğlub ayrılaraq, mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi