Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında həndbol üzrə kişilərdən ibarət Türkiyə millisinin yekun heyəti və oyunların vaxtı bilinib.
"Report" xəbər verir ki, 29 - 31 iyulda məşq etmiş heyətdən daha 3 oyunçu çıxarılıb. İslamiadada iştirak edəcək "16-lıq" bu həndbolçulardan ibarət olacaq:
Qapıçılar: Enis Yatkın ("Beşiktaş Yurtbay Seramik"), Hüseyin Bərəkət ("Nilüfər Bələdiyəspor");
Sol cinah oyunçuları: Samet Kamberoğlu ("Bəykoz Bələdiyəspor"), Enis Harun Hacıoğlu ("Beşiktaş Yurtbay Seramik");
Sol oyun qurucuları: Baran Nalbantoğlu ("Beşiktaş Yurtbay Seramik"), Fatih Çalkamış ("Nilüfər Bələdiyəspor"), Sədat Yıldırım ("Sakarya BB");
Orta oyun qurucuları: Gökay Bilim ("Beşiktaş"), Atakan Şirin ("Spor Toto"), Əray Karakoç ("Trabzon BB");
Sağ oyun qurucuları: Durmuş Ali Tınkır ("Spor Toto"), Cemal Kütahya ("Hatay BB");
Sağ cinah oyunçuları: Doğukan Kəsər, Şevkət Yağmuroğlu ("Beşiktaş Yurtbay Seramik")
Pivotlar: Alpər Aydın ("Bəykoz Bələdiyəspor"), İlkan Kələşoğlu ("Hatay BB").
Qeyd edək ki, həndbol yarışları 7 - 14 avqustda Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçiriləcək. Türkiyə millisi B qrupunda avqustun 8-də Bakı vaxtı ilə saat 16:00-da İranla, avqustun 10-da eyni vaxtda Azərbaycanla oyun keçirəcək.