Yuxarı

​Türk fanatlar rusiyalı voleybolçulara məişət tullantıları atıblar

Voleybolçu: Qalatasaray azarkeşləri özlərini qeyri-adekvat aparıblar

Bakı. 30 mart. REPORT.AZ/ İstanbulun "Qalatasaray" klubunun azarkeşləri İstanbulda Avropa Konfederasiya Kubokunun final oyunu zamanı Krasnodar (Rusiya) "Dinamo"su voleybolçularının üzərinə zibil atıblar.

"Report" xəbər verir ki, bu barədə öz "Instagram" səhifəsində Rusiya klubunun oyunçusu Tatyana Koşelyeva yazıb.

"Türk komandasının fanatları özlərini olduqca qeyri-adekvat aparıblar, onların sözləri və hərəkətləri bizə olan nifrətlərini göstərirdi. Tribunalardan başımıza zir-zibil tullayırdılar! Mənim üçün ən sarsıdıcı məqam isə "Qalatasaray"ın baş məşqçisinin mənə və komandamızın heyət üzvlərinə orta barmağını göstərməsi oldu", — deyə Koşelyeva bildirib.

Martın 29-da İstanbulda keçirilən ilk qarşılaşma Türkiyə klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi