Yuxarı

"Tour d'Azerbaidjan" veloyürüşünə start verilib

Yürüşün I mərhələsinin finişi Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında olacaq

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş "Tour d'Azerbaidjan" veloyürüşünə start verilib. "Report" xəbər verir ki, Dövlət Bayrağı meydanından başlanan yürüşdə 24 ölkədən 25 komandanın 148 velosipedçisi mübarizə aparır.

Yürüşün ilk mərhələsində iştirakçılar müxtəlif ərazilərdən keçməklə Sumqayıta qədər 154 km məsafəni qət edəcəklər. Bundan başqa, Azərbaycanı yürüşdə "Synergy Baku" komandası təmsil edir.

Yürüşün I mərhələsinin finişi Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında olacaq.

Qeyd edək ki, ümumilikdə 5 mərhələdən ibarət olacaq veloyürüşə mayın 10-da - Ümummilli lider Heydər Əliyevin doğum günündə yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi