Yuxarı

​"Tour d’Azerbaidjan" veloyürüşündə III mərhələyə start verilib

Velosipedçilər 177,2 km məsafə qət edəcəklər

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" beynəlxalq veloyürüşünün üçüncü mərhələsi başlayıb. "Report"un məlumatına görə, velosipedçilər Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.

24 ölkədən 25 komandanın 148 pedal ustası bu mərhələdə Qəbələ-Oğuz-Şəki və Şəki-Oğuz-Qəbələ marşrutu ilə ümumilikdə 177,2 km məsafə qət edəcəklər. Üçüncü mərhələyə Qəbələ rayon İcra Hakimiyyətinin qarşısında yekun vurulacaq.

Qeyd edək ki, Yarışın ilk mərhələsində "Synergy Baku" komandasında yer alan Maksim Averin üçüncü, ikinci gün isə “Synergy Baku”nun üzvü Matey Muqerli ikinci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi