Yuxarı

"Tour d’Azerbaidjan-2015" veloyürüşünün qalibi müəyyənləşib - FOTO

Azərbaycanı təmsil edən “Synergy Baku” komandası yarışın qalibi olub

Bakı. 10 may. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" veloyürüşünə yekun vurulub. "Report" xəbər verir ki, start və finiş xətti "Azadlıq Meydanı"nda olan bu son mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət ediblər. 

Qalib adını rusiyalı Sergey Firsanov (“Rusvelo”) qazanıb. İkinci yeri Qazaxıstanın “National Team Kazakhstan” komandasının üzvü Aleksandr Şuşhemoin tutduğu halda, üçüncü pilləyə Azərbaycanı təmsil edən “Synergy Baku” komandasından Matey Mugerli sahib çıxıb.

Ümumilikdə 5 mərhələnin cəmində Azərbaycanı təmsil edən “Synergy Baku” komandası yarışın qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi